İtaliya C Seriyasının A qrupunun 14-cü turunda "Triestina" doğma meydanda "Giana Erminio" ilə qarşılaşıb və matçda maraqlı hadisə yaşanıb.
Offsideplus.az xəbər verir ki, "Triestina"nın baş məşqçisi Pep Klotet matçın 34-cü dəqiqəsində qırmızı vərəqə alan latviyalı Raimonds Krollisə hücum edib. O, futbolçusunun yaxasından yapışaraq bir neçə dəfə silkələyib.
"Triestina" sözügedən matçda "Giana Erminio"ya 1:0 hesabı ilə uduzub.