"Çelsi"nin futbolçusu Kristofer Nkunku karyerasını digər İngiltərə nəhəngində davam etdirə bilər.

Offsideplus.az xəbər verir ki, bu barədə "Sky Sports" məlumat yayıb.

Mənbəyə görə, təcrübəli hücumçu "Mançester Yunayted"in maraq dairəsindədir. "Qırmızı şeytanlar" keçidin rəsmləşməsi üçün London klubuna 52 milyon avro ödəməyə hazır olduğu bildirilir.

Qeyd edək ki, sözügedən futbolçu cari mövsüm "Çelsi" forması ilə 17 rəsmi matça çıxıb. O, 10 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.