"Roma"nın yeni baş məşqçisi bəlli olub.

Offsideplus.az xəbər verir ki, paytaxt klubu son olaraq "Kalyari"ni çalışdırmış Klaudio Ranieri ilə anlaşıb. Bu barədə "Sky Sport" məlumat yayıb.

Mütəxəssisin İtaliya nəhənginin sahibi olan Friedkin ailəsi ilə görüşmək üçün Londona uçduğu qeyd olunub.

Xatırladaq ki, Ranieri 2009-2011-ci illərdə  "Roma"nın "sükanı arxası"nda olub.