Ruben Amorimin "Mançester Yunayted"də ilk transfer hədəfi bəlli olub.
Offsideplus.az xəbər verir ki, "qırmızı şeytanlar"ın yeni baş məşqçisi Danilonu komandaya cəlb etmək istəyir. Bu barədə "Mirror" məlumat yayıb.
Premyer Liqa klubunun qış "transfer pəncərəsi"ndə ulduz futbolçu üçün "Yuventus"la danışıqlar aparacağı qeyd olunub.
Xatırladaq ki, Danilonun mövsümün sonu Turin təmsilçisi ilə müqaviləsi başa çatacaq.