"Qalatasaray"ın baş məşqçisi Okan Buruk ona gələn təklifdən imtina edib.

Offsideplus.az xəbər verir ki, baş məşqçi axtarışında olan "Roma" Okan Buruku komandanın "sükanı arxası"na gətirmək istəyib. Bu barədə "TuttoMercato" məlumat yayıb.

Təcrübəli çalışdırıcının təşəkkürünü bildirərək "sarı-qırmızılar"da qalmağı üstün tutduğu qeyd olunub.