"Qalatasaray" dünya çempionunu heyətinə cəlb etmək istəyir.

Offsideplus.az xəbər verir ki, "sarı-qırmızılar" Qonsalo Montieli transfer etmək niyyətindədir. Bu barədə "Fichajes" məlumat yayıb.

Futbolçu ilə həmçinin "Bolonya", "Nottinqem Forest" və "Everton" da yaxından maraqlanır.

Qeyd edək ki, argentinalı "Sevilya"nın forması ilə 2024/25 mövsümündə cəmi 4 matçda meydana çıxıb və toplam 101 dəqiqə oyunda olub.