"Milan"ın qolkiperi Mayk Menyan karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
Offsideplus.az xəbər verir ki, bu barədə "Gazzetta dello Sport" məlumat yayıb.
Mənbəyə görə, təcrübəli qapçı "Mançester Siti"nin diqqət mərkəzindədir. "Şəhərlilər"in yanvarda danışıqlara başlamaq istədiyi bildirilir.
Menyan cari mövsüm komandasında 15 rəsmi matç keçirib. O, 19 qol buraxıb və 4 görüşdə qapısını toxunulmaz saxlamağı bacarıb.