"Qalatasaray" Mauro İkardi haqqında qərar verib.
Offsideplus.az xəbər verir ki, "Tottenhem"lə oyunda ciddi zədələnərək mövsümü bağlayan futbolçu Argentinaya getmək üçün klub rəhbərliyindən icazə istəyib. Bu barədə "Sabah" nəşri məlumat yayıb.
İkardiyə psixoloji cəhətdən toparlanması üçün bir müddətlik icazə verilib. Onun bu gün ölkəsinə uçacağı qeyd olunub.