"Qalatasaray"ın sabiq futbolçusu geri dönmək istəyir.
Offsideplus.az xəbər verir ki Felipe Melo yenidən İstanbul klubunun bir parçası olmağı arzulayır. O, bu barədə "TRT Spor"a açıqlamasında bildirib:
"Klubda idarəçilik, idman direktoru, məşqçilik və digər sahələrdə çalışmaq istəyərəm. "Sarı-qırmızı" tərəfdarlarımızın yeri məndə çox başqadır. Onlar üçün çox darıxmışam. Rioda "Qalatasaray" üçün döyünən bir ürək var. Hər matçlarını izləyirəm. İnanıram ki, azarkeşlərimiz məni heç vaxt unutmaz, çünki mən onları heç vaxt unutmadım. Ən böyük Cimbom!"