"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola Premyer Liqanın 5-ci turunda "Arsenal"la qarşılaşma öncəsi yarımmüdafiəçi Kevin De Bröynenin vəziyyəti haqda məlumat verib.
Offsideplus.az xəbər verir ki, o bildirib ki, 33 yaşlı futbolçu Çempionlar Liqasının 1-ci turunda "İnter"lə oyunda (0:0) zədələndikdən sonra özünü daha yaxşı hiss etsə də, hələ tam sağalmayıb. "Sabah məşq edəcəyik və onun "Arsenal"la oyunda iştirak edib-edə bilməyəcəyinə qərar verəcəyik. Ola bilər, " – deyə qeyd edib.
Qeyd edək ki, "Mançester Siti" və "Arsenal" arasında oyun sentyabrın 22-də baş tutacaq.