Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.
Offsideplus.az xəbər verir ki, qurum II Liqanın 3-cü turu ilə bağlı aşağıdakı qərarları qəbul edib:
16 sentyabr 2024-cü il tarixində II Liqanın III turunun “Qusar” – “Dinamo” oyununun 12-ci dəqiqəsində “Dinamo” komandasının 12 nömrəli futbolçusu Elmin Qaçaylı rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanır, “Dinamo” klubu 80 manat cərimə edilir (maddə 41);
16 sentyabr 2024-cü il tarixində II Liqanın III turunun “Göygöl” – “Şəmkir” oyununda “Göygöl” klubunun 5 futbolçusu sarı vərəqə aldığına görə “Göygöl” klubu 70 manat cərimə edilir (maddə 37);
16 sentyabr 2024-cü il tarixində II Liqanın III turunun “Göygöl” – “Şəmkir” matçının oyunöncəsi iclasında polis nümayəndəsi iştirak etmədiyinə görə “Göygöl” klubu 80 manat cərimə edilir (maddə 73.1);
16 sentyabr 2024-cü il tarixində II Liqanın III turunun “Göygöl” – “Şəmkir” matçında iclas otağı hazır olmadığına görə oyunöncəsi iclas gec başladığı üçün “Göygöl” klubu 80 manat cərimə edilir (maddə 73.1);
16 sentyabr 2024-cü il tarixində II Liqanın III turunun “Göygöl” – “Şəmkir” oyununda xərəkdaşıyanlar olmadığına görə “Göygöl” klubu 80 manat cərimə edilir (maddə 74.1);
16 sentyabr 2024-cü il tarixində II Liqanın III turunun “Göygöl” – “Şəmkir” oyununda “Göygöl” komandasının üzvlərində “A buraxılışı” vəsiqəsi olmadığına görə “Göygöl” klubu 50 manat cərimə edilir (maddə 51.8);
16 sentyabr 2024-cü il tarixində II Liqanın III turunun “Göygöl” – “Şəmkir” oyununun 83-cü dəqiqəsində “Göygöl” komandasının heyətində adı matçın protokolunda olmayan 22 nömrəli futbolçu Araz Quliyev oyuna daxil olduğuna görə “Göygöl” komandasına 0:3 hesablı texniki məğlubiyyət verilir, “Göygöl” komandası 400 manat cərimə edilir (maddə 61.6);
16 sentyabr 2024-cü il tarixində II Liqanın III turunun “Sheki City” – “Füzuli” oyununda “Sheki City” klubunun 4 futbolçusu sarı vərəqə aldığına görə “Sheki City” klubu 70 manat cərimə edilir (maddə 37);
16 sentyabr 2024-cü il tarixində II Liqanın III turunun “Sheki City” – “Füzuli” oyununun 78-ci dəqiqəsində “Sheki City” klubunun 55 nömrəli futbolçusu Elçin Ramazanov ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanır, “Sheki City” klubu 50 manat cərimə edilir (maddə 36.5);
16 sentyabr 2024-cü il tarixində II Liqanın III turunun “Sheki City” – “Füzuli” oyunu bitdikdən sonra “Sheki City” klubunun 13 nömrəli futbolçusu Eldəniz Əliyev hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyun cəzalanır, “Sheki City” klubu 300 manat cərimə edilir (maddə 43.3);
16 sentyabr 2024-cü il tarixində II Liqanın III turunun “Sheki City” – “Füzuli” oyununun 84-cü dəqiqəsində “Sheki City” klubunun azarkeşləri tərəfindən hakimlərin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə ilk dəfə yaşandığlna görə “Sheki City” klubuna xəbərdarlıq edilir (maddə 43.7);
16 sentyabr 2024-cü il tarixində II Liqanın III turunun “Sheki City” – “Füzuli” oyunu “Füzuli” klubunun formasında qüsurlar olduğuna görə gec başladığı üçün “Füzuli” komandası 80 manat cərimə edilir (maddə 75.6);
17 sentyabr 2024-cü il tarixində II Liqanın III turunun “Ağdaş” – “Saatlı-Araz” oyununda “Ağdaş” klubunun 4 futbolçusu sarı vərəqə aldığına görə “Ağdaş” klubu 70 manat cərimə edilir (maddə 37);
17 sentyabr 2024-cü il tarixində II Liqanın III turunun “Ağdaş” – “Saatlı-Araz” oyununun 34-cü dəqiqəsində “Ağdaş” klubunun 5 nömrəli futbolçusu Vasif Nəsirov ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun cəzalanır, “Ağdaş” komandası 150 manat cərimə edilir (maddə 39.1);
17 sentyabr 2024-cü il tarixində II Liqanın III turunun “Ağdaş” – “Saatlı-Araz” oyunu bitdikdən sonra “Ağdaş” klubunun 20 nömrəli futbolçusu Ülvi Sarıyev ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanır, “Ağdaş” komandası 50 manat cərimə edilir (maddə 36.5);
17 sentyabr 2024-cü il tarixində II Liqanın III turunun “Ağdaş” – “Saatlı-Araz” oyununda “Saatlı-Araz” klubunun 4 futbolçusu sarı vərəqə aldığına görə “Saatlı-Araz” klubu 70 manat cərimə edilir (maddə 37