Misli Premyer Liqasının VII turunda "Kəpəz" "Şamaxı"ya uduzdu - 0:2.

Offsideplus.az xəbər verir ki, görüşdən sonra meydan sahiblərinin baş məşqçisi Azər Bağırov mətbuat konfransında çıxış etdi. 

Mütəxəssis məğlubiyyət haqda bunları söylədi:

"Komanda elə hal var ki, oyundan-oyuna adaptasiya ola bilmirik. Gələndən bəri bəzi şeyləri dəyişmək istəyirik. Çoxu da alınmır. Müdafiədə səhvlər çox olur. Buna görə də 2 dənə səhvlər etdik. İkinci hissədə cəhdlər etdik ki, bəzi şeyləri dəyişək. Hücumda və orta xəttə problemlərimiz var. Qoy vura bilmirik. Hücumda bəzi şeyləri dəyişməliyik".