Misli Premyer Liqasının VII turunda "Kəpəz" "Şamaxı"ya uduzub - 0:2.
Offsideplus.az xəbər verir ki, oyundan sonra qonaqların çalışdırıcısı Ayxan Abbasov mətbuat konfransında iştirak edib.
Mütəxəssis qələbə haqda bunları söyləyib:
"Çətin oyun olacağını bilirdik. "Kəpəz" hər oyuna geridönüş kimi baxır. Mühüm qələbə idi. Bundan sonra da daha da çətinləşəcək. Millinin fasiləsinə qədər 2 gərgin oyunumuz var. Həmin matçlara hazır olmağa çalışacağıq".