Super Liqanın 6-cı həftəsində "Fənərbağça" və "Qalatasaray" komandaları üz-üzə gələcək.

Offsideplus.az xəbər verir ki, derbi öncəsi "sarı-lacivərtlilər" yalnız bir itki ilə üzləşib. Zədəsini sağaldan Osayi Samuelin hələ də tam bərpa olunmaması səbəbindən onun "Qalatasaray"la matçda meydana çıxması gözlənilmir.

"Qalatasaray" isə əsas itki ilə meydana çıxacaq. Hakim Ziyeş sabah baş tutacaq derbidə komandasına kömək edə bilməyəcək.