Baş məşqçi azarkeşlərlə dalaşdığı üçün ağır cəza aldı.
Offsideplus.az xəbər verir ki, hadisə Yunanıstan kubokunda AEK-PAOK oyunundan sonra baş verib.
Qonaqların "1-0" məğlub olduğu qarşılaşmadan sonra PAOK-un çalışdırıcısı Razvan Lusesku və 4 köməkçisi komandanın avtobusuna minən zaman meydan sahiblərinin fanatları ilə dava edib. Nəticədə baş məşqçi və köməkçilərinə 4 ay futboldan uzaqlaşdırılma cəzası verilib.