Kristiano Ronaldo "Əl Nəsr"dən ayrılmağa yaxındır. 

Offsideplus.az "maisfutebol"a istinadən xəbər verir ki, portuqaliyalı ulduz titul uğrunda yarışan klubun formasını geyinmək istəyir. 

Qeyd edək ki, 39 yaşlı hücumçu 2023-cü ildən "Əl-Nəsr"də çıxış edir. Onun klubla müqaviləsinin müddəti 2025-ci ildə başa çatacaq.