Joao Feliks karyerasını Türkiyədə davam etdirə bilər.
Offsideplus.az xəbər verir ki, portuqaliyalı futbolçu ilə "Fənərbağça" yaxından maraqlanır. 25 yaşlı vinger "Çelsi"dən ayrılmaq niyyətindədir. London təmsilçisi də Feliksi əsas heyətdə düşünmür.
"Fənərbağça" bu situasiyadan istifadə etmək istəyir. Joze Mourinyo vingerlə danışaraq razı salıb. Bundan sonra İstanbul rəhbərliyi "Çelsi" rəsmiləri ilə ilkin təmasa keçib.
Bu mövsüm 17 qarşılaşmada meydana çıxan Feliks 5 qol vurub, 2 məhsuldar ötürmə edib.