Kristiano Ronaldo və PSJ klubları arasında transfer danışıqları aparılmır.
Offsideplus.az xəbər verir ki, bu barədə "RMC Sport" məlumat yayıb. Paris təmsilçisi portuqaliyalı ulduzu cari mövsümün sonunda azad agent kimi transfer etmək fikrində deyil. Mümkün transfer iddiaları isə həqiqəti əks etdirmir.
Qeyd edək ki, 39 yaşlı hücumçunun "Əl-Nəsr"lə müqaviləsinin müddəti 2025-ci ilin yayında başa çatacaq.