Adrial Lua Ba karyerasını Azərbaycanda davam etdirə bilər. 

Offsideplus.az xəbər verir ki, bu barədə məlumatı Polşa mətbuatı yayıb.

"Lex"in üzvü ilə "Rubin", "Axmat", "Kayserispor" və Azərbaycandan 1 klub maraqlanır.

Jurnalist Sebastian Staşevsko iddia edir ki, Lua Ba komandası ilə birgə Antalyadakı təlim-məşq toplanışına yollanmayacaq. O, təklifləri dəyərləndirəcək.

Qeyd edək ki, Fil dişi sahilindən olan futbolçunun “Lex”lə müqavilə müddəti 2025-ci il iyunun 30-na qədərdir. O, karyerası ərzində “Mimozas”, “Vayle”, “Karvina”, “Viktoriya Plzen” klublarında oynayıb.