“Nərimanla bağlı diqqətli olacağıq".
Offsideplus.az xəbər verir ki, bu sözləri ABŞ-nin "Kolambus Kryu" klubunun baş məşqçisi Henrik Ridström deyib.
Mütəxəssis "Qarabağ"dan transfer etdikləri Azərbaycan millisinin futbolçusu Nəriman Axundzadə ilə bağlı fikirlərini bölüşüb:
"İndi onunla bağlı hər şeyin qaydasında olduğunu deyə bilmərəm. Sadəcə, hazırkı addımlarını kifayət qədər yaxşı adlandırmaq olar. Məşqlərdəki performansı ilə göstərdi ki, hər hansı problem yoxdur. Tezliklə kollektiv hazırlığa qoşulacağı gözlənilir”.
Qeyd edək ki, 21 yaşlı Nəriman Axundzadənin MLS təmsilçisi “Kolambus Kryu” klubu ilə müqaviləsi 2030-cu ilin yayınadək nəzərdə tutulub.


