PSJ ulduz futbolçu üçün 200 milyonluq təklifə hazırlaşır.
Offsideplus.az xəbər verir ki, söhbət Kol Palmerdən gedir. "El Nacional" nəşrinin yaydığı məlumata görə, Paris təmsilçisi "Çelsi"nin futbolçusu üçün 200 milyon avro ödəməyə hazırdır.
Qeyd edək ki, 22 yaşlı hücumameyilli yarımmüdafiəçinin "zadəganlar"la müqaviləsinin müddəti 2033-cü ilə qədərdir. Palmerin "Transfermarkt"də hazırkı dəyəri 130 milyon avro civarındadır.