"Çelsi" "Kristal Palas"ın oyunçusunu transfer etməyi planlaşdırır. 

Offsideplus.az xəbər verir ki, "zadəganlar" Mark Quehini heyətinə cəlb etmək niyyətindədir. Bu barədə Fabrizio Romano məlumat yayıb.

Futbolçu "Çelsi"nin futbol akademiyasının yetirməsidir. 

Qeyd edək ki, 24 yaşlı müdafiyəçi hazırki klubu ilə meydana çıxdığı 23 oyunda 2 qola da imza atmağı bacarıb.