"Tottenhem" Hon min Son ilə bağlı qərar verib.
Offsideplus.az xəbər verir ki, Premyer Liqa klubu ulduz futbolçunun müqaviləsindəki 1 illik uzatma şərtindən istifadə edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
2025-in iyununda müqaviləsi bitəcək olan Cənubi Koreyalı artıq növbəti ilin iyununa kimi İngiltərə təmsilçisinin formasını geyinəcək.
Qeyd edək ki, 32 yaşlı oyunçu 2024/25 mövsümündə "Tottenhem"in heyətində meydana çıxdığı 17 liqa oyununda 5 qola, 6 məhsuldar ötürməyə imza atdı.