Türkiyədə klub gözlənilməz qərar verib.

Offsideplus.az xəbər verir ki, Türkiyə 1-ci Liqasında çıxış edən "Yeni Malatyaspor" liqadan çəkilmə haqqında qərar qəbul edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Komanda liqadan çıxma istəyini Türkiyə Futbol Federasiyasına irəli sürdüyünü açıqlayıb.

Qeyd edək ki, FİFA-nın Dsiplin Komitəsinin qərarı ilə mövsümün əvvəlində "Yeni Malatyaspor"dan "Pendikspor"la oyuna çıxa bilmədiyi üçün 3 xal silinmişdi. Eyni zamanda ötən ay da komandanın aktivindən 18 xal silinmişdi.