Super Liqada çempionluq mübarizəsini davam etdirmək istəyən "Fənərbağça" 6 futbolçu ilə yolları ayırmaq istəyir.
Offsideplus.az xəbər verir ki, məlumatı "Fanatik" nəşri yayıb.
Joze Mourinyo rəhbərliklə görüşərək 6 oyunçunun xidmətindən imtina edib. Söhbət Cengiz Ünder, Serdar Aziz, Burak Kapacak, Bartuğ Elmaz, Linkoln Henrike, Emir Ortakayadan gedir. Onlarından ilk 3-ü ilə yollar ayrılacaq, digərləri isə icarəyə veriləcək.