"Neftçi" qış transfer pəncərəsində heyətində dəyişiklər edəcək.
Offsideplus.az xəbər verir ki, artıq Mark Tamaşla yolları ayıran flaqman bir sıra oyunçularla da vidalaşacaq. Bunlar Azər Əliyev, Kilian Lebondur. Digər futbolçularla da danışıqlar davam etdirilir.
"Neftçi" heyətini gücləndirmək niyyətindədir. Bütün mövqelərə oyunçu axtaran skaut heyətinin daha çox danışıq apardığı hücumçu və vingerlərdir. Mövsümün ilk yarısında hücum xəttindəki "dişsizlik" Samir Abasovun planlarını alt-üst edib. Bu səbəbdən də skaut heyətini bu mövqeyə oyunçular axtarır.
Redaksiyamıza "ağ-qaralar"la bağlı maraqlı informasiya daxil olub. Sən demə, flaqman gənc və prepektivli yaponiyalı ilə danışıq aparır. Oyunçunun adı yaxın günlərdə bəlli olacaq.