İspaniya Superkubokunun yarıfinalında "Barselona" "Atletik" (Bilbao) ilə qarşılaşıb.

Offsideplus.az xəbər verir ki, kataloniyalılar rəqiblərinin qapısından 2 cavabsız qol keçirib.

Oyunda hesabı 17-ci dəqiqədə Qavi açıb. 52-ci dəqiqədə isə Lamin Yamal fərqi 2 topa yüksəldib.

"2-0" hesabı ilə qalib gələn "Barsa" finala vəsiqə qazanıb.

Qeyd edək ki, Hans Flikin komandası finalda "Real Madrid" - "Malyorka" cütünün qalibi ilə qarşılaşacaq.

Oyunda vurulan qolları təqdim edirik.