"Flamenqo" Olavio Juninyo üçün "Qarabağ"a rəsmi təklifini göndərib. 

Offsideplus.az xəbər verir ki, Braziliya təmsilçisi məbləği hissə-hissə olmaqla 4 milyon avro ödəmək niyyətindədir.

Bu barədə braziliyalı jurnalist Venelouis Kasaqrande "X" hesabında paylaşım edib.

Həmkarımız "Flamenqo"nun rəsmi müraciətinə təmsilçimizin cavab verməsini gözlədiyini qeyd edib.

Eyni zamanda, Juninyonun Cənubi Amerika komandasının təklifini nəzərdən keçirdikdən sonra "Sevilya"dan imtina edəcəyinə ümid bəslənildiyi vurğulanıb.