Azərbaycan Basketbol Liqasında çıxış edən "Sabah" 1 oyunçusu ilə yollarını ayırıb.

Offsideplus.az xəbər verir ki, "bayquşlar" DeAndre Baldvinlə vidalaşıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Mövsümün əvvəlində Bakı təmsilçisi ilə müqavilə imzalayan 29 yaşlı basketbolçu klubla qarşılıqlı razılıq əsasında sazişi pozub.