Dünən "Neftçi"nin yaponiyalı oyunçunu transfer etmək istədiyini diqqətinizə çatdırmışdıq.
Məsələ ilə bağlı Offsideplus.az-a maraqlı informasiya daxil olub. Klubdan verilən məlumata görə, flaqman yaxın günlərdə yaponiyalı Ryonoske Ohorinin transferini açıqlayacaq.
23 yaşlı pleymekerlə 2,5 illik müqavilə imzalanacaq.
Qeyd edək ki, "ağ-qaralar"ın yeni üzvü son olaraq Litvanın "Transinvest" klubunda çıxış edib.