10-13 yanvar tarixlərində Şahdağda keçiriləcək Xizək Alpinizmi üzrə Dünya Kubokunun bu gün açılış mərasimi baş tutub.
Offsideplus.az xəbər verir ki, yarış Gənclər və idman nazirliyinin dəstəyi, Beynəlxalq Xizək Alpinizmi Federasiyasının, Azərbaycan Qış İdman Növləri Federasiyasının və “Şahdağ” Turizm Mərkəzinin təşkilatçılığı ilə baş tutacaq.
Yarışda 26 ölkədən: Azərbaycan, Türkiyə, Belçika, Bolqarıstan, Kanada, Çin Xalq Respublikası, Avstriya, Andora, İspaniya, Çex Respublikası, Fransa, Almaniya, İran İslam Respublikası, Qazaxıstan, Niderland Krallığı, Norveç Krallığı, Polşa, Qətər Əmirliyi, Slovakiya, Amerika Birləşmişmiş Ştatları, Böyük Britaniya, Yunanıstan Sloveniya və Fərdi Neytral İdmançılar (AİN) olmaqla 130-a yaxın idmançı iştirak edəcək. Atletlər yanvarın 10-da sprint, 11-də vertikal və 13-də individul növlər üzrə mübarizə aparacaqlar.
Turnirdə Azərbaycanı idmançılarımız Nəzrin Qəribova və Seyid Sədrəddinov təmsil edəcəklər.
Xatırladaq ki, Dünya Kuboku 2026-cı ildə keçiriləcək Qış Olimpiya Oyunlarına lisenziya qazanmaq üçün kvalifikasiya yarışlarından biri hesab edilir.