"Barselona"nın mərkəz müdafiəçisi İniqo Martinez maraqlı açıqlama ilə gündəmi zəbt edib.
Offsideplus.az xəbər verir ki, 33 yaşlı ispaniyalı İspaniya Futbol Federasiyasının Vinisiusa verdiyi cəzanın az olduğunu bildirib:
"Ədalətli qərar deyil. Bir neçə il öncə xırda səhvə görə 4 oyunluq cəzalandım. Heç kim bu haqda danışmadı. Biz belə ədalətsizliyə səssiz qalmamalıyıq".
Qeyd edək ki, Vinisius "Valensiya" ilə görüşdə qolkiper Stole Dimitriyevskini üzünə zərbə endirdiyi üçün 2 oyunluq cəzalanıb, 600 avro cərimə olunub.