"Sumqayıt"la yolları ayıran Cordan Rezabala karyerasını yenidən Azərbaycanda davam etdirə bilər.
Offsideplus.az xəbər verir ki, yarımmüdafiəçi ilə "Neftçi" yaxından maraqlanır.
Flaqman rəsmiləri keçidin baş tutması üçün əlindən gələni edirlər. Samir Abasovun çox istədiyi futbolçu isə "ağ-qaralar"la olduqca çətin duruma salıb. Ekvadorlu oyunçunun ailəsi Azərbaycanda qalmaq niyyətində deyil. Lakin "Neftçi" rəhbərliyi oyunçunu və xanımını razı salmağa çalışır. Bunun üçün də klub yarımmüdafiəçiyə müxtəlif şirinləşdirici təkliflər edir.
Bakı təmsilçisinin tək problemi oyunçunun ailəsi deyil. Rezabalanın agentləri futbolçuya ödəniləcək aylıq məvacibin daha da artırılmasına çalışır.
Qeyd edək ki, ekvadorlu bu mövsüm "Sumqayıt"ın heyətində 20 qarşılaşmada 3 qol vurub, 3 məhsuldar ötürmə edib.