Fransa Liqa 1-də çıxış edən daha bir futbolçu "Qalatasaray"ın "radarı"na düşüb. 

Offsideplus.az xəbər verir ki, "sarı-qırmızılar" "Renn"in oyunçusu Amin Gourini heyətinə cəlb etmək istəyir. Bu barədə "Foot Mercato" məlumat yayılıb.

"Cim-Bom" Aminin keçidi üçün qarşı tərəfə 13 milyon avro təklif etməyə hazırlaşır. 

Qeyd edək ki, İstanbul nəhənginin daha öncə "Lion"un gürcü ulduzu Mikautadzeni də transfer gündəminə aldığı haqda xəbərlər yayılmışdı.