"Trabzonspor" qış fasiləsində heyətini gücləndirmək niyyətindədir.

Offsideplus.az xəbər verir ki, Super Liqa təmsilçisi "Rostov"un 1 üzvünə elçi düşüb.

Söhbət Umar Sakodan gedir. 28 yaşlı futbolçu 191 sm boya malikdir.

Niger millisinin üzvünün dəyəri 3,5 milyon avrodur.

Qeyd edək ki, müdafiəçi bu mövsüm 24 matçda meydana çıxıb.