"Mançester Yunayted" heyətini gücləndirmək niyyətindədir.

Offsideplus.az xəbər verir ki, "qırmızı şeytanlar" "Bornmut"dan Miloş Kerkezi transfer etmək istəyir. 

Bu barədə məlumatı "Teamtalk" nəşri yayıb. Klub rəhbərliyi macar müdafiəçi üçün 50 milyon avro tələb edir. "Qırmızı şeytanlar" bu barədə hələ ki, tam qərarını verməyib. 

Qeyd edək ki, sol cinah müdafiəçisi bu mövsüm "Bornmut"un heyətində 20 görüşdə meydana çıxıb. Bu qarşılaşmalarda 1 qol vurub, 3 məhsuldar ötürmə edib.