“Kəpəz”in futbolçusu Elmir Tağıyev məşqləri bərpa edib.

Offsideplus.az xəbər verir ki, bunu Gəncə klubunun mətbuat xidməti açıqlayıb.

Zədə üzündən uzun müddət meydandan kənar qalan futbolçu məşqlərə başlayıb. Ötən ilin noyabrında Türkiyənin İstanbul şəhərində cərrahiyyə əməliyyatına məruz qalan yarımmüdafiəçi hələlik fərdi hazırlıq keçir. Tağıyev yanvarın sonunda kollektiv məşqlərə qoşula biləcək.

Qeyd edək ki, Elmir Premyer Liqanın cari mövsümündə 5 oyun keçirib.