Avropa Liqasının Liqa mərhələsində "Qarabağ"a rəqib olan "Olimpiakos" növbəti qələbəsini qazanıb.
Offsideplus.az xəbər verir ki, komanda Yunanıstan çempionatının XVII turu çərçivəsində səfərdə "Panetolikos" ilə qarşılaşıb.
Oyunda hesabı ilk hissəyə əlavə olunmuş 5-ci dəqiqədə penaltini dəqiq yerinə yetirməklə El-Kaabi açıb. Qonaqlar önə keçib. Matçın 70-ci dəqiqəsində Ciqunyo fərqi 2 topa yüksəldib. Bu görüşdə vurulan son qol olub.
Qarşılaşma "Olimpiakos"un "0-2" qələbəsi ilə başa çatıb.