Bakari Jayte karyerasını Azərbaycanda davam etdirə bilər.
Offsideplus.az xəbər verir ki, qambiyalı futbolçu Premyer Liqa klublarından birinə təklif olunub.
Hazırda komandasız olan yarımmüdafiəçi son olaraq Yunanıstan təmsilçisi "Panarqiakos"da çıxış edib. Burada cəmi 2 matçda 69 dəqiqə meydanda olub.
Qeyd edək ki, "Roma"nın yetirməsi olan Jayte "Fodja", "Şiltiqheym", "Panduri", "Vilts" kimi klublarda çıxış edib.
25 yaşlı futbolçu Qambiya millisinin üzvüdür. Burada 3 qarşılaşma keçirsə də, fərqlənə bilməyib.