"Qarabağ"ın Avropa Liqasının Liqa mərhələsindəki rəqibi "Olimpiakos" heyətini yeni transferlərlə gücləndirməyə hazırlaşır.

Offsideplus.az xəbər verir ki, yunanlar "Portu"nun birdən-birə 2 ulduzunun transferinə çalışır. Bu barədə Yunanıstan mediasında xəbərlər yayılıb.

Klub Portuqaliya təmsilçisindən İvan Xaymenin və Qonçalo Borgesin keçidini həll etməyi planlaşdırır.

Qeyd edək ki, "Qarabağ" "Olimpiakos" ilə yanvarın 31-də səfərdə qarşılaşacaq.