"Turan Tovuz" qış transfer pəncərəsində ilk keçidi reallaşdırıb. 

Offsideplus.az xəbər verir ki, Tovuz təmsilçisi Anton Kraçkovski ilə anlaşıb. Rusiyalı yarımmüdafiəçi "Dinamo"dan (Mahaçqala) icarə əsasında cari mövsümün sonunadək "Turan Tovuz"un formasını geyinəcək. 

22 yaşlı futbolçu Qazaxıstan təmsilçisi  "Kayrat"da da legioner həyatı yaşayıb.