Məşhur insayder Fabritsio Romano Juninyonun "Sevilya"ya mümkün transferini şərh edib.
Offsideplus.az xəbər verir ki, italyan jurnalist "X" platformasındakı şəxsi hesabında "Qarabağ"ın hücumçusunun gələcək karyerası ilə bağlı bu sözləri yazıb:
"Sevilya" və "Qarabağ" braziliyalı hücumçu Juninyonun transferi ilə bağlı şifahi razılıq əldə etməyin astanasındadır. Əndəlüs təmsilçisinin təklifindən 4 milyon avro + 1 milyon avro bonus civarındadır. Bundan əlavə, "Sevilya"nın gələcəkdə bu futbolçunu satacağı məbləğdən "Qarabağ" 20% gəlir əldə edəcək.
Müqavilənin detalları dəqiqləşəndən sonra tərəflər arasında razılıq əldə ediləcək".