Səudiyyə Ərəbistanı klublarının transfer siyahısında olan Mohamed Salahla İtaliya A Seriyası klubu maraqlanır.
Offsideplus.az xəbər verir ki, "Yuventus" misirli hücumçunu heyətində görmək istəyir. Turin təmsilçisi Salahın transferi üçün mübarizəyə qoşulub.
Salah "Liverpul"la müqaviləni yeniləməsə və ya yay transfer pəncərəsində azad agent kimi komandanı tərk etmək qərarına gəlsə, "Yuventus" ulduz futbolçunun transferi üçün əlindən gələni edəcək.