"Milan"ın yeni baş məşqçisi müəyyənləşib.

Offsideplus.az xəbər verir ki, İtaliya nəhəngini Serxio Konseysao çalışdıracaq. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Mütəxəssislə 2026-cı il 30 iyuna kimi müqavilə imzalanıb.

Çalışdırıcı daha öncə 7 il "Portu"nun "sükanı arxası"nda olub.

Onun oğlu Fransisko Konseysao da İtaliyada çıxış edir. Gənc futbolçu "Yuventus"da çıxış edir.

Qeyd edək ki, "Milan" hazırda 27 xalla turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb.