İlkay Gündoğanın karyersının harda davam etdirəcəyi bəlli olub.

Offsideplus.az xəbər verir ki, futbolçu "Mançester Siti"dən ayrılıb Səudiyyə Ərəbistanına üz tutmaq niyyətindədir. Bu barədə "Fichajes" məlumat yayıb.

Türk əsilli almaniyalını hansı klubun transfer edəcəyi hələ ki, müəyyənləşməyib.

Qeyd edək ki, İlkay 2024/25 mövsümündə "şəhərlilər"in heyətində 24 oyunda meydana çıxıb və 2 qola, 1 məhsuldar ötürməyə imza atıb.