Bir müddətdir ki, adı "Sevilya" ilə hallanan "Qarabağ"ın hücumçusu Juninyoya okeanın o tayından transfer təklifi gəlib. 

Offsideplus.az xəbər verir ki, "Flamenqo" "Qarabağ"a 5 milyon avro təklif göndərib. "Sevilya"nın təklifinin Braziliya klubunun irəli sürdüyü məbləğ və şərtlərdən daha aşağı olduğu bildirilir. Belə ki, Əndəlüs təmsilçisi "Qarabağ"a 4 milyon avro + 500 000 avro bonus ödəməyə hazırdır.

Bu barədə ispan jurnalist Ramirez Maksimo məlumat yayıb. 

Qeyd edək ki, Juninyonun Ağdam təmsilçisi ilə müqaviləsinin müddəti 2026-cı ilin iyul ayında başa çatacaq.