Braziliyanın "Flamenqo" klubunun Juninyonun transferi üçün "Qarabağ"a təklif göndərməsi barədə məlumat vermişdik.
Offsideplus.az "El Chiringuito TV"yə istinadən xəbər verir ki, Rio De Janeyro təmsilçisinin təklifindən sonra Juninyonun gələcəyi ilə bağlı fikir ayrılıqları yaşanıb. "Flamenqo" braziliyalı hücumçuya "Sevilya"dan 2 qat daha çox məvacib təklif edib.
Könlü İspaniya La Liqasında olan Juninyo artıq "Sevilya" ilə 2+1 illik müqavilə üşün razılaşıb. Ağdam təmsilçisinə gəlincə, klub ulduz futbolçusunu "Sevilya"dan daha çox təklif edən "Flamenqo"ya satmaq istəyir. Juninyo isə karyerasını Əndəlüs təmsilçisindən davam etdirmək arzusundadır.