"Fənərbağça"da ciddi itki baş verib.

Offsideplus.az xəbər verir ki, İsmail Yüksek məşq zamanı zədələnib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Futboçuya sağ arxa əzələsində qismən yırtıq diaqnozu qoyulub. Oyunçunun müalicəsinə başlanılıb.

Qeyd edək ki, İsmail Türkiyə Super Liqasının XVIII turu çərçivəsində baş tutacaq "Hatayspor"la oyunda iştirak etməyəcək.