"Real"ın 1 üzvü zədəsini sağaltmaq üzrədir.

Offsideplus.az xəbər verir ki, söhbət Davit Alabadan gedir. Avstriyalı müdafiəçi yanvarın 20-dən sonra yaşıl meydanlara dönə biləcək.

Məlumatı Karlo Ançelotti mediaya açıqlamasında bildirib. Mütəxəssis zədəlilərin geri dönüşünün onun üçün rotasiya etmək baxımından xeyirli olduğunu qeyd edib. 

Qeyd edək ki, Alaba 1 ildən uzun müddətdir futboldan kənardır.