Türkiyə I Liqasının 18-ci turunda "Kocaelispor" "İğdır"ı 3:0 hesabı ilə məğlub edib.
Offsideplus.az xəbər verir ki, görüşdə qonaq komandanın 2 futbolçusunun azarkeşlərə jest etməsi narazılıqlara səbəb olub. Qarşılaşma 2:0 olandan sonra isə rəqib fanatlar şüşə bariyerləri təpikləməyə başlayıb. Bu da bir polisin yaralanmasına səbəb olub. Təcili Tibbi Yardımın müdaxiləsindən sonra hüquq-mühafizə orqanının əməkdaşı özünə gəlib.
Bundan sonra ara sakitləşib və matç davam edib.